16 
May
2017
12:51
10
291
17147
Virtual karabakh

Sumqayıtda ailə faciəsi: Oğul avtomobillə atasının üstündən keçdi

16 May, 2017
12:51
17147

Sumqayıtda ailə faciəsi: Oğul avtomobillə atasının üstündən keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin “VAZ-2107” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri