Cəsarət Valehov: Bu, tamamilə, yanlış siyahıdır
Cəsarət Valehov: Bu, tamamilə, yanlış siyahıdır
“Dünən bir neçə saytda yanlış olaraq Azərbaycan Respublikasında diplomları tanınan ölkə universitetlərinin siyahısı qeyd olunub. Bu, tamamilə, yanlış siyahıdır”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov deyib.
O, açıqlamasında bildirib ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır.
Əlavə olaraq qeyd edib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.
Z.Q.
www.oxu.az