17 
May
2017
22:25
194
55
10901
Virtual karabakh

Azərbaycanda kurrikulum sistemi ləğv olunacaq? – RƏSMİ AÇIQLAMA

17 May, 2017
22:25
10901

Azərbaycanda kurrikulum sistemi ləğv olunacaq? – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib.

Oxu.Az-ın məlumatına görə, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb. 

Təhsil Nazirliyindən məsələ ilə bağlı baku.ws-ə verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə kurrikulum sisteminin ləğvi kimi bir məsələ müzakirə mövzusu deyil.

Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.

Z.Q.
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri