18 
May
2017
10:55
218
27
8772
Virtual karabakh

İtkin düşən 12 yaşlı oğlan tapıldı

18 May, 2017
10:55
8772

İtkin düşən 12 yaşlı oğlan tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl itmiş oğlandan şad xəbər var.

Oxu.Az-ın məlumatına görə, 12 yaşlı Amin Dadaşov sağ-salamat vəziyyətdə tapılıb.

Bu barədə ailəni yaxından tanıyan Lalə Əhmədova adlı “Fecabook” istifadəçisi status paylaşıb.
O, Aminin tapıldığını, bu müddət ərzində Nardaranda olduğunu yazıb və onun tapılmasında fəal iştirak edən hər kəsə təşəkkür edib.

Aminin atası 1 News-a açıqlamasında, hər şeyin yaxşı olduğunu bildirib:

“Hər şey yaxşıdır, oğlum tapıldı! Qonaq gedibmiş, bizə xəbər vermək imkanı olmayıb. İndi hər şey yaxşıdır”.

Amma qaranlıq bir məqam var, 12 yaşlı uşaq qonaq gedir və valideynlərinin bundan xəbəri olmur...

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri