18 
May
2017
22:12
23
231
4433
Virtual karabakh

Şamaxıda üç kəndlə əlaqə kəsilib

18 May, 2017
22:12
4433

Şamaxıda üç kəndlə əlaqə kəsilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub.

Rayon mərkəzinə getmək mümkün olmadığından sakinlər çaydan keçmək üçün atlardan istifadə edirlər. 

Bundan əlavə, sel suları kəndlərdə əkilən bostan sahələrinə də ciddi ziyan vurub. Dörd kənddə çayın həm sol, həm də sağ sahilində əkilən bostan və tərəvəz bitkilərini sel yuyub aparıb. Hətta bəzi ərazilərdə torpaq uçqunları da baş verib. Kəndlərə verilən elektrik enerjisi kəsilib. 

Şamaxı-Qaleybuğurd yolunun 4-6 km-də Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülülb.

Günün ikinci yarısından başlayaraq aidiyyəti qurumlar əraziyə cəlb olunub. Təmir işləri nəticəsində Qaleybuğurd kəndi ilə əlaqə bərpa edilib. Digər iki kəndlə hələ də əlaqə yoxdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri