19 
May
2017
21:01
23
281
5481
Virtual karabakh

Bərdədə kanalizasiya quyusunda partlayış olub – YENİLƏNİB

19 May, 2017
21:01
5481

Bərdədə kanalizasiya quyusunda partlayış olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə şəhərində kanalizasiya quyusunda baş verən partlayışın səbəbi məlum olub. 

Oxu.Az-ın məlumatına görə, Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA-ya açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb. 

O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: 

“Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.   

Qeyd edək ki, bu gün Bərdə şəhəri, Ədalət Ədilov küçəsi, ev 34 ünvanında həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

18:20

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. 

Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

S.S.
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri