19 
İyn
2017
14:30
9
118
5691
Virtual karabakh

Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?

19 İyn, 2017
14:30
5691

Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, hazırda DİM-də dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var: “Kimsə fikirləşə bilər ki, dövlət qulluğunda yalnız hüquqşünas kimi ixtisaslar üzrə kadrlar tələb olunur. Lakin dövlət qulluğunda müxtəlif sahələr üzrə kadrlara ehtiyac var. İndi informasiya texnologiyaları üzrə vakansiyalara daha çox ehtiyac var. Bu vakansiyalar haqqında məlumatı bizim saytdan əldə etmək mümkün olacaq”.

M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır: “Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə qazanıb”.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri