26 
İyn
2017
12:23
164
97
6315
Virtual karabakh

Qızmar istilər başlayır

İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunundan 759  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  45-55%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri