30 
İyn
2017
18:19
49
69
1894
Virtual karabakh

“Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif edilənlər

30 İyn, 2017
18:19
1894

“Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif edilənlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri 28 iyun Ukraynanın Konstitusiya Günü münasibəti ilə “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər.

Oxu.Az azadinform-a istinadən xəbər verir ki, təltif olunanların böyük əksəriyyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) fəallarıdır.

UABD sədri Hikmət Cavadov, sədrin birinci müavini Murad Cəfərovla yanaşı, diaspor təşkilatının daha 17 fəalı  “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər. Onların arasında UABD-nin vilayət rəhbərləri də var: Həbib Əkbər oğlu Həsənli, Rac Müzəffər oğlu Qasımov, Əli-İsa Umud oğlu Dəmirov, Ceyhun İsmayıl oğlu Məmmədov, Mətləb İlqar oğlu Mustafayev, Şakir Yəhya Yəhyayev, Məmməd Mansuroviç Bağırov, Dmitro Viktoroviç Kulibaba, Vüsal Əhməd oğlu Allahverdiyev, Elşad Rafiq oğlu İbrahimov, Arif Cəmil oğlu Quliyev, Vidadi Şəhriyar oğlu İsrafilov, Fail Nazir oğlu Abidov, Eyvaz Cəmil oğlu Quliyev, Əlimərdan Nəriman oğlu Kərimov, Ələddin Aydın oğlu Məhərrəmov, Məcid Nuxu oğlu Nuxiyev. 

Azərbaycan  diasporunu  fəalları   “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalına Ukrayna ərazi bütövlüyü və Milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə təltif olunublar.

Bildirilir ki, Ukrayna tarixində ilk dəfədir çoxlu sayda soydaşımız Ümumukrayna statuslu xüsusi təltifə layiq görülüblər.

Qeyd edək ki, UABD fəalları ilə yanaşı, Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, professor Fərhad Turanlı, Dnepropetrovsk Azərbaycanlıları İctimai Birliyinin sədri Firuz İbrahimov, sədr müavini Eldar Tağıyev, Ukrayna Parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cemilev (Kırımoğlu), Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin sədri Sergey Qnatyuk, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmməd oğlu Gülməmmədov, Ukrayna Qaqauzları İttifaqının sədri Vasil Kelioqlo  “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif olunublar.

Həmçinin, Ukraynanın “Kraina” ÜUB-nin sədri O.M.Sopovun əmri ilə Azərbaycan Respublikası vətəndaşları - Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Prezidenti Səbuhi Abbasov Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizəsinə informasiya dəstəyi verdiklərinə görə “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif ediliblər.

M.B.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri