İyl
2017
21:24
33
322
5986
Virtual karabakh

Dostuna zamin durdu, bank avtomobilini əlindən aldı – VİDEO

3 İyl, 2017
21:24
5986

Dostuna zamin durdu, bank avtomobilini əlindən aldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə dostuna zamin duran şəxsin avtomobilini bank əlindən alıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, şəhər sakini Teymur Məmmədov uzun illər dostluq etdiyi Kərəm Əhmədova zamin duraraq, bankdan 2900 manat pul götürməsinə şərait yaradıb. 

Bir müddət adıçəkilən şəxs krediti ödəsə də, daha sonra işdən çıxdığı üçün ödənişi dayandırıb. Kərəm Əhmədov 3 il öncə bankdan götürülən pulu geri qaytara bilmədiyinə görə, zamin kimi Teymur Məmmədovun 6 min manatlıq maşını cərimə meydançasına aparılıb. Bankdan bildirilib ki, ödəniş edildikdən sonra avtomobil geri qaytarılacaq.

Mingəçevir sakini Teymur Məmmədov hazırda 500 manata yaxın əmək haqqı alır. 
Mütəxəssislər hesab edirlər ki, bank müqavilə üzrə borcu müştəridən birdəfəlik yolla alınmasını tələb etmək hüququna malikdir. Ancaq avtomobilə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər. Qanuna əsasən, məhkəmə müddətində və ya qətnamədən sonra proses həyata keçirilir.

Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, şəxs məhkəməyə müraciət edərək, borcun əmək haqqından tutulmasına yönəldilməsini tələb edə bilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri