11 
İyl
2017
16:42
38
21
1624
Virtual karabakh

VIII Çağırış Kubokunun seçim turları keçirildi

11 İyl, 2017
16:42
1624

VIII Çağırış Kubokunun seçim turları keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokunun seçim turları yekunlaşıb.

Oxu.Az xəbər verir ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokununun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də, intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. 

9 iyulda Bakıda keçirilən yekun seçim turu “Odlar Yurdu” Universitetində baş tutub. Paytaxtda təşkil olunan seçim turuna qədər isə Tərtər, Mingəçevir, İmişli, Lənkəran, Goranboy, Gəncə, Zərdab, Sumqayıt şəhərlərində seçimlər təşkil edilmişdi. Regionlarda keçirilən seçim turlarında 400-dən çox gəncin təmsil olunduğu 70-ə yaxın yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.

Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar 15 iyulda Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokununun finalında kubokun ənənəvi təsnifatə ilə yanaşı, regionlardan olan çoxsaylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku da baş tutacaq. Bununla yanaşı, 2016-2017-ci il mövsümünün Peşəkar İntellekt Liqasının qalibi də məlum olacaq.

“Xəzər” İntellektual Gənclər Klubu haqqında daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.facebook.com/Xazarigk/

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri