14 
İyl
2017
14:40
19
401
13003
Virtual karabakh

Sumqayıtdakı doğuş faciəsi ilə bağlı YENİ XƏBƏR – YENİLƏNİB + FOTO

14 İyl, 2017
14:40
13003

Sumqayıtdakı doğuş faciəsi ilə bağlı YENİ XƏBƏR – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərindəki 2 saylı Doğum Evində 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Rasim qızının doğuş vaxtı vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, xəstəxanadan bildirilib ki, 29 yaşlı qadın qanaxma nəticəsində həyatını itirib. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib. 

Mərhum G.Əliyeva Sumqayıtdakı Qubadlı məktəblərindən birində kimya müəllimi işləyirdi.

11:18

Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, idarənin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: “Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. 

Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq, qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.

08:32

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri