14 
İyl
2017
15:55
216
50
9230
Virtual karabakh

Doğuşda ölən gənc qadının yaxınları həkimdən qisas almaq istədilər – VİDEO

14 İyl, 2017
15:55
9230

Doğuşda ölən gənc qadının yaxınları həkimdən qisas almaq istədilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ana ölümü baş verib.

Oxu.Az ARB 24-ə istinadən xəbər xəbər verir ki, Sumqayıt şəhəri 2 nömrəli Doğum Evində Gülsüm Əliyeva üçüncü övladını dünyaya gətirib.

Qız uşağı 3 kiloqram iki yüz qram çəki ilə doğulub. Doğuşdan sonra xəstədə qanaxma başlayıb. Gənc ana qanaxmadan dünyasını dəyişib.

Gülsüm Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar.

Şikayət əsasında qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri