14 
İyl
2017
17:15
53
32
5205
Virtual karabakh

I və IV qruplara imtahan verəcək abituriyentlərə XƏBƏR

14 İyl, 2017
17:15
5205

I və IV qruplara imtahan verəcək abituriyentlərə XƏBƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 22-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni ( http://eservices.dim.gov.az/brxvbak/?frm=egov) çap edə bilərlər.

Oxu.Az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur.

Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri