17 
İyl
2017
15:42
41
55
6178
Virtual karabakh

Körpələrə ən çox verilən adlar açıqlandı – SİYAHI

17 İyl, 2017
15:42
6178

Körpələrə ən çox verilən adlar açıqlandı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin ilk altı ayında Azərbaycanda doğulan körpələrə daha çox hansı adların verildiyi məlum olub.

Ədliyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.

Bundan başqa, oğlanlara verilən adlar arasında Ümid, Nihad, Raul, Emil, Amin, Nihad, Ramal, Səid, Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm, Onur, Cəsur, Fateh, Toğrul, Cavidan, Amir, Mətin, Renat və s. adlar üstünlük təşkil edib.

Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlardan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zeynəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Aylin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla, 494-nə isə Ayan adı verilib.

Həmçinin, qız uşaqlarına verilən adlar arasında Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fidan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri, Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi adlar üstünlük təşkil edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri