17 
İyl
2017
17:45
43
136
1361
Virtual karabakh

Bakı metrosunun sərnişinlərinin sayı 6% artıb

17 İyl, 2017
17:45
1361

Bakı metrosunun sərnişinlərinin sayı 6% artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar-iyun ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 109,1 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 2% artım müşahidə olunub.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, yüklərin 3,6%-i dəniz, 6,6%-i dəmir yolu, 0,1%-i hava, 62,9%-i avtomobil nəqliyyatı, 26,8%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 4,5% artaraq 82,1 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,6% təşkil edib.

2017-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 938,7 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,4% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,4%-i avtomobil nəqliyyatı, 12,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-iyun ayları ərzində 7,2 mln. ton yük, 1,2 mln. sərnişin daşınıb, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2%, sərnişin daşınmasında isə 34,5% artım müşahidə olunub.

Orta hesabla sutkada 360 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,7 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 3 937,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9% artıb. Yüklərin 47,6%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 5 260,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5047,5 min tonunu və ya 96%-ni tranzit yüklər təşkil edib. Cari il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 134,1 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 21,3% artaraq 9,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 68,6 mln. ton yük, 820,8 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,8% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1%, sərnişin dövriyyəsi isə 1,9% artıb.

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,9% artaraq 115,7 mln. nəfər olub.

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 983,9 min və ya 23% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7% artaraq 76,8 min tona çatıb.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri