27 
İyl
2017
15:48
118
67
8962
Virtual karabakh

İşdən çıxarılan üç min müəllimlə bağlı qərar verildi

Bir ay öncə Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova kütləvi şəkildə işdən çıxarılmalarından şikayətçi olmuşdu.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, A.Əmirova qeyd etmişdi ki, diplomları dövlət nümunəli olmadığı üçün 80-dən çox müəllim işdən çıxarılıb. 

Bu gün A.Əmirova yenidən saytımızla əlaqə saxlayıb və problemin artıq həll edildiyini bildirib: “Bizim məsələ ictimailəşdikdən sonra ən yüksək səviyyədə reaksiya verildi. Bizə kömək olundu və güzəşt edildi. Dedilər ki, sənədlərimizin qeydiyyata alınmaması bizim günahımız deyil. Sənədlərimiz dövlət nümunəli olmadığı üçün diaqnostik qiymətləndirmə imtahanlarımızın ləğv edilən nəticələri də bərpa edildi. İmtahana buraxılmayanlar isə yenidən imtahan verəcək. Yəni, Azərbaycanda üç minə yaxın müəllim işə bərpa edildi. Buna görə də ölkə rəhbərliyinə, nazirliyin vəzifəli şəxslərinə və sizə təşəkkür edirəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri