Avq
2017
15:11
269
48
10001
Virtual karabakh

Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin – FOTO

9 Avq, 2017
15:11
10001

Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Oxu.Az xəbər verir ki, dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri