11 
Avq
2017
12:52
104
14
1383
Virtual karabakh

Uşaq evləri sakinləri RİİB-in dəstəyi ilə müayinələrdən keçirildi – FOTO

11 Avq, 2017
12:52
1383

Uşaq evləri sakinləri RİİB-in dəstəyi ilə müayinələrdən keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Masallı şəhərlərində, eləcə də, Bakı şəhərinin Sağan qəsəbəsində oftalmoloji müayinələr keçirilib.

Birlikdən Oxu.Az-a verilən xəbərə görə, budəfəki müayinələr uşaq evlərindəki və sağlamlıq imkanları məhdud şəxslər üçün sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

200-dən çox uşaq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, Mərkəzin Gəncə və Masallı şəhərlərindəki regional şöbələrinin peşəkar həkim briqadası tərəfindən ödənişsiz qaydada qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib, 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub.

Müalicəsi qısa müddətdə mümkün olmayan və əməliyyata ehtiyacı olan xəstələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri