11 
Avq
2017
14:41
215
47
11146
Virtual karabakh

Seyiddən sərt açıqlama: Bu tərz hicab deyil

11 Avq, 2017
14:41
11146

Seyiddən sərt açıqlama: Bu tərz hicab deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən çox müzakirə predmetinə çevrilən məsələlərdən biri də hicablı qadınların geyim tərzinin necə olmasıdır. Axı müsəlman qadın necə hicab geyinməlidir ki, tənqidə yer qalmasın?!

Məsələn, qara çadra geyinənlər də tənqid olunur, dar şalvarda başını bağlayanlar da.  Belə olan təqdirdə cəmiyyətin təhlükə və şəhvət hissi ilə üz-üzə qaldığını düşünürlər.

Bəs gerçəklikdə müsəlman qadını hicabı necə geyinməlidir?

Oxu.Az xəbər verir ki, Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Modern.az-a açıqlamasında mövzuya ətraflı şərh verib.

İslamda hicab hökmü

“Qurani-Kərimin hökmlərinə dayanaraq  demək istəyirəm ki, hicab müsəlman qadınının bir örtüyüdür. Bəzən biz bu örtüyü, hicabı istismar edirik. Bəzi qadınlar var ki, hicabı istismar ediblər. Bununla da, Azərbaycan insanının hörmət, sevgi, şəfqət dini olan islama qarşı yanlış münasibət sərgilənməsinə səbəb olur.

Hicab islamın hökmüdür. Bir kimsə buna qarşı gələ bilməz. Bir mənəviyyat adamı, araşdırmaçı kimi deyə bilərəm ki, biriləri hicabın islamda hökm olmadığını beyinlərə yeritməyə çalışırlar. Bir qisim insanlar isə hicabsız gəzənlərin dinə aidiyyəti olmadığını deyirlər. Heç də belə deyil. İstər hicablı, istərsə də hicabsız olsun, inanc və təqva sahibi olmadıqdan sonra heç bir dərəcədən danışmaq olmaz”.

Kəlağayılarımız milli kimliyimiz olub 

Şərqşünas alim deyir ki, dini kimliklə bərabər, milli kimlik də vacibdir: “Bizim dini kimliyimizlə bərabər, milli kimliyimiz də var. Dini kimliyi ilə bərabər milli kimliyini qorumayan, milli şüura malik olmayan inanclı insanların dini sevgisinə şübhə ilə yanaşıram. Adət-ənənələrimizdə milli kimliyi ilə bərabər, dini kimliyini  qoruyan xanımlarımız çoxdur. Məsələn, adi kəlağayıya belə analarımız, nənələrimiz böyük ehtiram göstəriblər. Onların ağbirçəkliyinin simvolu olub, bir simgəsinə çevrilib”.

Qara çadralılar - Onlar hicablıdırmı? 

Camal Əzimbəyli qadınların hicab taxmasından danışarkən bir məqamı xüsusi vurğulayıb: “Təəssüfedici bir məqamı mütləq vurğulamalıyam. Tarqovıda gəzərkən özümü Səudiyyə Ərəbistanında, Hiccədə hiss edirəm. Düzdür, əcnəbilərin ölkəyə gəlməsi turizm baxımından gözəldir. Amma qorxduğum qara çadradan ətrafa boylanan qara gözlərdir. Hansı ki, o gözlər  görünmür.

İdeoloji baxımdan  qara çadrada gizlənən  zərərli  fikirlərdən, onların transfer olmasından çox narahatam. Dövlətimin qorunması həm də şərəfimin qorunması deməkdir. Bir araşdırmaçı kimi də narahat olmağa başlayıram.

Azərbaycanın güc strukturları, Dövlət Təhlükəsizliyi Xidməti ayıq fəaliyyətdədir. Amma ideoloji baxımdan şüurlarda baş verən inqilabların qarşısını bəzən almaq çətin olur. Necə ki, Suriyada, Yəməndə, İraqda şüurlarda partlayış edən inqilabların qarşısını almaq  çətin olur.

Ona görə də hicabı vəhşi müsəlman obrazı kimi Azərbaycana transfer etməyin özü təhlükədir. Bunu açıq deyirəm. Hətta onların ciddi şəkildə araşdırılmasına ehtiyac var”.

Əsl hicab geyimləri: Onlar necə olmalıdır?

Şərqşünasın sözlərinə görə, müsəlman qadınların bu cür geyinməsi yasaq deyil: “Al-əlvan hicab geyimləri  geyinmək heç də yanlış geyinmək demək deyil. İslam şəfqət və gözəllik dinidir. Harada bir gözəllik varsa, birmənalı olaraq islamın qəbul etdiyi prinsipdir. Başı bağlı dar geyim tərzi hicab deyil. Ondansa məmləkətimizdə minlərlə hicab taxmayan, amma mənəvi dəyərlərinə,  torpağına, bayrağına, ailəsinə bağlı və örnək olan xanımlarımız var. Halbuki, hicablı xanım obrazı ilə dinə yeni gələn insanların qəlbinə nifaq salırlar. Baxın, bunu istəmirəm. Bir var hicab taxır, amma hicab taxmayanları qəbul etmir.

Bu da islama qarşı nalayiq əməl sayılır. Bir də var ki, hicabı dar geyim formasında istismar edirlər və hicab ədəbinə kölgə salırlar. İstər hicablı olsun, istər olmasın. İmanın kökündə həya durur. Həya olmasa, həyasızlıq baş alıb gedər.

Hicabla, Həcc ziyarəti ilə, ocaqla həya olmur. Həya olmasa, insan bayrağına, birliyinə, ailəsinə, torpağına xidmət göstərə bilməz. Ona görə də həya ilə edilən xidmət daha yaxşı örnəkdir”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri