11 
Avq
2017
16:18
104
336
4724
Virtual karabakh

Türk kişi azərbaycanlı qadını döydü

11 Avq, 2017
16:18
4724

Türk kişi azərbaycanlı qadını döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Kiprdə azərbaycanlı qadın Nahidə Qarayeva birlikdə yaşadığı kişi tərəfindən döyülərək xəstəxanalıq edilib.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Qaziantepdə baş verib. 

Türkiyəyə iş icazəsi ilə gəlib çalışmağa başlayan qaziantepli Osman Tanrıöver bir aydır ki, birlikdə yaşadığı azərbaycanlı, 39 yaşlı Nahidə Qarayevanı 10 yaşlı uşağın gözü qarşısında döyüb.

O.Tanrıöverin əlindən çətinliklə xilas olub qaçan qadın başına aldığı zərbələr nəticəsində İnönü kənd qəbiristanlığının yanına çatanda huşunu itirərək yol kənarına yıxılıb.

Ağır vəziyyətdə olan qadını Akdoğan Sağlamlıq Müəssisəsinin təcili yardım maşını ilə Qazimağsua Dövlət Xəstəxanasına çatdırıblar. Xəstəxanada müayinə zamanı qadının başından ağır zədələr aldığı məlum olub. Başına tikiş qoyulan qadın müşahidə altına alınıb.

N.Qarayevaya qarşı zor tətbiq edən Osman Tanrıöver isə Dörtyol polisi tərəfindən həbs olunub.

Hadisə ilə əlaqədar polis tərəfindən istintaq aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri