11 
Avq
2017
17:15
261
53
14820
Virtual karabakh

Əhəd Abıyevin səhhəti ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

11 Avq, 2017
17:15
14820

Əhəd Abıyevin səhhəti ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhəd Abıyevin səhhətində heç bir problem yoxdur.

Bu barədə Oxu.Az-a Daşkəsən rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.

Onun sözlərinə görə, icra başçısı iş başındadır və onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

16:23

Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Oxu.Az yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da pisləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 dönəm millət vəkili olub.

Allah şəfa versin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri