12 
Avq
2017
12:02
89
31
2060
Virtual karabakh

Qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarılır

12 Avq, 2017
12:02
2060

Qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Ötən il UNİCEF Ədliyyə Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı ilə birlikdə Azərbaycanın 5 rayonunda qanun pozuntusu törədən uşaqlar üçün hüquqi yardım göstərilməsi proqramı hazırlayıb".

Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində eyni zamanda hakimlər, vəkillər və prokurorlar üçün təlimlər də keçirilib: "Düşünürəm ki, bu həm də qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün yeni müzakirələrə yol açıb. Hökumət bu məsələ ilə bağlı alternativ yollar axtarışındadır. Bu, o demək deyil ki, biz uşaqların qanun pozuntularına göz yumuruq. Əslində, onlar həbsxanadan daha təcrübəli cinayətkarlar kimi çıxa bilərlər, çünki həbsxanalarda "mütəxəssislərdən" təcrübə yığırlar. Ona görə də biz onları cəzalarını çəkmələri üçün xüsusi məktəblərə və ya ictimai işlərə cəlb edə bilərik".

E.Karvardin qeyd edib ki, UNICEF eyni zamanda qanunu pozmağa meyilli uşaqların əvvəlcədən müəyyən edilməsində də yardım göstərir: "Onlar çətin ailələrdən olan uşaqlar ola bilər. Bu, o deməkdir ki, uşaqların çətin vəziyyətə düşməməsi üçün biz bu işə daha çox sosial işçilər, mütəxəssisləri cəlb etməliyik".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri