12 
Avq
2017
11:36
151
29
3809
Virtual karabakh

Lerikdə V əsrə aid məzarlıq aşkarlanıb -FOTO

12 Avq, 2017
11:36
3809

Lerikdə V əsrə aid məzarlıq aşkarlanıb -FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb.

Oxu.Az  Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Lerikin Gürdəsər kəndi ərazisində tədqiqat işlərini davam etdirirlər. Arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıblar.

Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində aparılır. Aşkar olunan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib.

Ekspedisiyanın rəhbəri Ceyhun Eminli bildirib ki, ərazidə 120-dən çox qəbir aşkarlanıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da tapılıb.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır.

Amerikalı mütəxəssis Lara Fabian ekspedisiyanın nəticələrindən danışarkən deyib: “İkinci ildir Gürdəsərdə qazıntı aparırıq. Olduqca maraqlı abidədir, 2500 il bundan əvvəl mövcud olan dövlətlərin izlərinə burada rast gəlinir. Biz azərbaycanlı arxeoloqlarla birgə əməkdaşlıqdan məmnunuq”.

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də aparılır. Ərazidə qazıntı işləri avqust ayının sonunadək etdiriləcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri