12 
Avq
2017
12:51
43
189
4510
Virtual karabakh

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, iki qardaş həbs olunub

12 Avq, 2017
12:51
4510

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, iki qardaş həbs olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.

İ.F.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri