12 
Avq
2017
14:03
17
296
6953
yuxarı
İşdən çıxarılan qadın özünü öldürmək istədi
12 Avq, 2017
14:03
6953
17
296
İşdən çıxarılan qadın özünü öldürmək istədi
Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.
O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək