12 
Avq
2017
21:46
41
104
6628
Virtual karabakh

Dövlət İmtahan Mərkəzi: İkinci mərhələ üzrə balların aşağı salınması nəzərdə tutulmur -VİDEO

Ali məktəblərə ixtisas seçiminin nəticələri artıq məlumdur. Maraqlı məqam ondan ibarətdir ki, müsabiqədən keçməyən abituriyentlərin sayı vakant yerlərin sayından azdır. Belə ki, 6425 boş yer, 6423 abituriyent qalıb. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Oxu.Az  xezerxeber.az-a istinadən bildirir ki, ali məktəblərə ixtisas seçiminin nəticələri elan edilib. Vakant yerlərin sayı ilk mərhələdə ali məktəblərə qəbul olmayan abituriyentlərdən çoxdur

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqədə 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 6423 abituriyent isə yenidən müsabiqədə iştirak edə bilər. Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, vakant yerlərin sayı 6425-dir:"Düzdür say etibarilə vakant yerlərin sayı abituriyentlərin sayından çox olsa da, bütün yerlərin dolacağı ehtimalı azdır. Çünki abituriyentlərin topladığı ballar, eləcə də istəkləri fərqlidir. praktiki cəhətdən hansı yerlərə nə qədər iddialı abutuyent olduğunu müəyyənləşdirmək mümkünsüzdür. Deməli, yenə boş yerlər qalacaq". 

X.Xanlarzadə qeyd edib ki, əgər ikinci mərhələdən sonra yenidən boş yerlər qalarsa, həmin yerlərə müsabiqə aparılmayacaq: "Balların aşağı salınması isə ümumiyyətlə nəzərdə tutulmur. O həmçinin bildirib ki, vakant yerlərə ilk mərəhələ zamanı ərizəsini təsdiq etməyən, amma müsabiqə şərtini ödəyənlər də ixtisas seçimində iştirak edə bilərlər. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparilacaq".

Qeyd edək ki, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

L.Ə.

www.oxu.az 

Digər Cəmiyyət xəbərləri