Sen
2017
22:42
98
26
1711
Virtual karabakh

“Asılmış kitab” marafonu keçirilir – FOTO

İlk dəfə olaraq Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 1sentyabr - 30 noyabr 2017-ci il tarixlərində “Asılmış kitab” payız kitab marafonu keçirilir.

Oxu.Az xəbər verir ki, bu marafonun keçirildiyi müddət ərzində oxucular oxuyub bəyəndiyi kitab haqqında rəy yaza bilməklə yanaşı, həmin kitabı tövsiyə etmək məqsədi ilə simvolik olaraq yaradılmış kitab ağacından “asa bilmək” imkanı əldə edəcəklər. Bu marafonun məqsədi üzərində rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır.

“Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb. Ənənənin yaranma tarixçəsinə nəzər salaq. Neapolda bir kafedə ilk dəfə olaraq bir müştəri içəcəyi qəhvədən əlavə bir fincan qəhvənin də pulunu ödəyib. Əlavə qəhvəni isə kafeyə gələn, lakin içdiyinin pulunu ödəməyə imkanı olmayan hər hansı bir müştəri üçün kənarda “asmağ”ı xahiş edib. Bu aksiyanın məqsədi insanın özünün bəyəndiyi nəyi isə onu əldə etməyə imkanı olmayan digər birisi ilə bölüşməsidir.

Bizim məqsədimiz xeyriyyəçilikdən uzaq olsa da, bu ənənə vasitəsilə oxucuları daha çox kitab oxumağa cəlb etmək, kreativ iş üsullarına üz tutaraq kitab dövriyyəsini artırmaqdır. 

Marafon 3 ay müddətində fəaliyyət göstərəcəkdir. Bu müddət ərzində oxucular oxuyub bəyəndikləri kitabları müstəqil olaraq digər oxuculara tövsiyə edə biləcəklər. Marafon sayəsində oxucular tərəfindən ən çox sevilən və ən çox oxunan kitabların siyahısı tərtib olunacaq.

A.S.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri