Sen
2017
02:38
14
190
4282
Virtual karabakh

Tovuzda toyda kütləvi zəhərlənmə – YENİLƏNİB + FOTO

8 Sen, 2017
02:38
4282

Tovuzda toyda kütləvi zəhərlənmə – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonundakı “Turan” şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, zəhərlənənlərin sayı artıb.

Bunlar Abbasov Salman Şükür oğlu (1996), Qasımov Səlim Hümbət oğlu (1954), Məmmədov Elşad (1983-cü il), İbrahimova Rəna (1966), Əsgərova Rəsmiyyə, İbrahimov Nazim (1998), İbrahimov Üzeyir (1995), Rüstəmova Asya (1988), İbrahimova Kübra (1996), Cəfərov Vüsal (1989), Bayramov Sabir (1963), Məmmədov Aydın (1944), İsmayılov Nicat (2008), Abdıyev Tural (2004), İsmayılova Dünya (2005), İsmayılova Aytac (2006), Əsgərov Elnurdur (2011). 

01:46

Tovuz rayonundakı “Turan” şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənənlərin sayı 24 nəfərə çatıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, daha bir neçə nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara zəhərlənmə diaqnozu qoyulub. 

Hazırda zərərçəkənlərin kimliyi araşdırılır. Qeyd edək ki, zəhərlənənlərin bəzilərinə ambulator yardım göstərilib. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər. 

Faktla bağlı araşdırma aparılır.

07.09.2017 23:59

Tovuz rayonunda “Turan” şadlıq sarayında keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində zəhərlənən təxminən 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən Elmar Həsənov (1984-cü il təvəllüdlü), Adilə Hüseynova (2008), Zöhrab Məmmədov (1986), Şahin Məmmədov (1958), Lamiyə Hüseynova (2004), Günay Hüseynova (1983), Hamlet Həsənov (1984), Vasif Həsənov (1983), Bağırov Asif (1990), Hüseynova Gülnar (2001), Qasımova Elmira (1958), İsmayılov Samir (1990), Məmmədova Gültəkin (1989), Məmmədova Növrəstə (1967) və Aslanova Məhbubəyə tibbi yardım göstərilib.

İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri