8 
Sen
2017
11:22
12
106
4714
yuxarı
Bakı Metropolitenində problem - Qatar xətdən çıxarıldı
8 Sen, 2017
11:22
4714
12
106
Bakı Metropolitenində problem - Qatar xətdən çıxarıldı
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, İçərişəhər stansiyası istiqamətinə hərəkət edən qatarlarda gecikmə qeydə alınıb.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.
“Gecikməyə Həzi Aslanov-İçərişəhər istiqamətində, 9 saylı marşrut üzrə hərəkət edən qatarın nasaz olması səbəb olub. Qatar Həzi Aslanov stansiyasında hərəkət edə bilməyib. Buna görə də başqa qatarın köməyi ilə həmin qatar xətdən çıxarılıb. Bu zaman gecikmə yaranıb”.
Metropoliten rəsmisi bildirib ki, problem aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
4 
Fev
2023
11:44
Almaniyadan olan səyahətçi: “Azad olunmuş ərazilərə səfər etmək unikal şansdır”
36
6
178
4 
Fev
2023
11:32
Naxçıvanda onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar BAŞLADI
77
6
1342