12 
Sen
2017
12:36
71
53
3573
Virtual karabakh

Sabah Bakıda 31, bölgələrdə 35 dərəcə isti olacaq

12 Sen, 2017
12:36
3573

Sabah Bakıda 31, bölgələrdə 35 dərəcə isti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində - 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacağı gözlənilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri