13 
Sen
2017
11:35
16
217
3413
Virtual karabakh

Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır - YENİLƏNİB

13 Sen, 2017
11:35
3413

Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaranmış problemə aydınlıq gətirən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirdi ki, Şirvan şəhərinin susuz qalması magistral kəmərdə aparılan təmirlə əlaqədardır: "Şəhərin su xətləri köhnə olduğundan 530 millimetr diametrdə kəmər magistral kəmərlə birləşdirildi. Suyun verilişində fasilə yaranmasının səbəbi də bu idi. Artıq təmir yekunlaşıb". 

A.Cəbrayıllının sözlərinə görə, bu gündən şəhərin su təminatı bərpa olunacaq.  

11:06

Şirvan şəhərində əhaliyə suyun verilməsində üç gündür çətinliklər yaranıb.

Bu barədə Oxu.Az-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, şəhərin əksər ərazilərində su yoxdur. 

“Şirvan şəhərində 3 gündür su yoxdur. Sakinlər su avtomobilini məhəllələrə gətirdib, suyu vedrə ilə öz evlərinə daşıyırlar. “Azərsu” ASC ilə əlaqə saxlamışıq, lakin onlar bildirirlər ki, xəbərimiz yoxdur. Elə bil XVII əsrdə yaşayırıq, XXI əsrdə 100000 əhalisi olan şəhəri necə 3 gün susuz qoymaq olar? Bu istidə kişilər, yaşlılar, qadınlar, cavanlar, uşaqlar tər tökə-tökə evlərinə vedrə ilə su daşıyırlar. Belə olmaz...” – deyə Oxu.Az-a sakinlər bildiriblər.

Sakinlər onu da qeyd ediblər ki, suyun kəsilməsi ilə bağlı xəbərdarlıq olmayıb.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri