14 
Sen
2017
17:33
19
271
22145
Virtual karabakh

Hamilə qalan 12 yaşlı qızla bağlı qərar verildi

14 Sen, 2017
17:33
22145

Hamilə qalan 12 yaşlı qızla bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə zorlanan 12 yaşlı qızın hamiləliyinin davam etdirilməsinə qərar verilib.

Oxu.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, uşağın saxlanılmasına qərar verilib. Çünki həm anaya, həm də körpəyə baxış keçirilib, hər ikisi müayinə edilib və qərara alınıb ki, hamiləlik davam etdirilsin: "Heç bir patalogiya aşkarlanmayıb. Hazırda hər ikisi həkim nəzarəti altındadır. Növbəti həftələrdə yenidən müayinələr olacaq, sonra müvafiq qərarlar veriləcək". 

Qeyd edək ki, Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda faktla bağlı cinayət işi başlanılıb və istintaq davam edir. Təqsirləndirilən şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur. Barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri