15 
Sen
2017
22:49
204
32
5766
yuxarı
Şirvanda yeni uşaq bağçası istifadəyə verilib – FOTO
15 Sen, 2017
22:49
5766
204
32
Şirvanda yeni uşaq bağçası istifadəyə verilib – FOTO
Sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.
Fonddan Oxu.Az-a verilən məlumata görə, ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb.
Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək