16 
Sen
2017
15:26
206
29
18780
Virtual karabakh

Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı

16 Sen, 2017
15:26
18780

Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn həftəsonu Azərbaycana payız fəsli daxil olacaq.

Oxu.Az-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov Report-a açıqlamasında bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq: 

“Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”.

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. 

O əlavə edib ki, ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri