18 
Sen
2017
16:07
10
91
2721
Virtual karabakh

Yol qəzalarında günah öləndədir, ya vuranda? – VİDEO

18 Sen, 2017
16:07
2721

Yol qəzalarında günah öləndədir, ya vuranda? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yol qəzalarının əksəriyyətini piyadaların vurulması təşkil edir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sürücülər bu hadisələrdə piyadaların günahkar olduğunu deyirlər. 

Son vaxtlar artan ölümlə nəticələlənən piyada vurulmaları bu mövzunu müzakirə üçün aktuallaşdırıb. Artıq bir çox ictimai xadim də vətəndaşların yolu piyada keçidi üçün nəzərə tutulmayan yerlərdən keçmələrini, qaçaraq hərəkət etmələrini və digər qanunsuz hərəkətlərini misal gətirərək, bunu qınayırlar.

Sentyabrın 16-da Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun da başına oxşar hadisə gəlib. Sərxoş vəziyyətdə olan piyada marşrut avtobusundan düşərək piyada xətti olmayan yerdə yolu keçməyə çalışarkən sabiq nazirin idarə etdiyi avtomobilin güzgüsünə dəyərək, yerə yıxılıb. Sonra isə arxadan gələn yük maşını onun üzərindən keçərək, ölümünə səbəb olub. 

Bu suallar ətrafında danışan ekspert Ərşad Hüseynov bildirib ki, Azərbaycanın yol hərəkətini tənzimləyən qanunlar müasir Avropa ölkələrinin qanunvericiliyi ilə eyni səviyyədədir. O qeyd edib ki, qanunlarımız piyadalara kifayət qədər məsuliyyət təyin edib və piyadanın ucbatından baş verən qəzalarda məsuliyyətdən kənarda qala biləcəyi hallar müəyyən olunub. Lakin ekspert onu da vurğulayıb ki, bu məsələlər yalnız rəsmiyyətdə, kağız üzərində belədir. Çünki istintaq və məhkəmə orqanı hadisədə daha çox sürücünü təqsirli çıxarmağa çalışır.

Vəkil Cavid Rzazadə bildirib ki, Azərbaycanda piyadaların vurulmasından sonra müstəntiqlər öz istədikləri kimi davranır, müvafiq ekspertiza təyin etmirlər və mütəxəssisləri hadisə yerinə cəlb etmirlər. C.Rzazadə qeyd edib ki, müstəntiqlər günahı daha çox idarəedici olan sürücüdə axtarırlar və istintaq da birtərəfli qurulur. Məhkəmə orqanı isə ittiham tərəfinin mövqeyindən çıxış edir.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri