19 
Sen
2017
15:31
147
121
3222
Virtual karabakh

Rafael Hüseynov Leninin, Stalinin heykəllərinin dağıdılmasına etiraz edib

19 Sen, 2017
15:31
3222

Rafael Hüseynov Leninin, Stalinin heykəllərinin dağıdılmasına etiraz edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) komitə sədri Azərbaycanda SSRİ dövrünün heykəllərinin uçurulub-məhv edilməsinə etiraz edib.

Oxu.Az APA-ya istinadən məlumat verir ki, MM-in Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Rafael Hüseynov bildirib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi.

“Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, tariximizdir. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməli idik. Məsələn, XI Qızıl Ordunun, əslində, xilaskar olmadığını həmin heykəl əsasında anlatmalı idik. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, heykəllər məhv edildi”, - deyə o bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri