19 
Sen
2017
17:37
19
150
8954
Virtual karabakh

Abşeron Gənclər Şəhərciyində acınacaqlı durum

19 Sen, 2017
17:37
8954

Abşeron Gənclər Şəhərciyində acınacaqlı durum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Səbuhi Məmmədli “AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub.

Oxu.Az-ın verdiyi xəbərə görə, S. Məmmədli özünün "Facebook" hesabında bu barədə məlumat paylaşaraq, bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir: “Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

“AKKORD” qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Aksiyaya başlayacaqlar, 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də”. 

Qeyd edək ki, bu şəhərcikdə işıqların tez-tez kəsilməsi, suyun verilməsində problemlərin olması və digər məsələlərlə bağlı mütəmadi olaraq sakinlər tərəfindən şikayətlər işıqlandırılsa da, öz həllini tapmır. Həmçinin şəhərcikdə yerləşən binaların hamısı qazla təmin edilməyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri