25 
Sen
2017
11:56
134
16
11102
Virtual karabakh

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir

25 Sen, 2017
11:56
11102

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdirilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, maddəyə yeni bənd - 178.4-cü bənd əlavə edilir.

Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə 2 dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin hazırda qüvvədə olan 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yeni dəyişikliyə əsasən, bu əməl baş verdikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

178.1-ci maddəyə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə bəndə “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri