25 
Sen
2017
12:45
53
111
3947
Virtual karabakh

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün yeni güzəştlər tətbiq edilir

25 Sen, 2017
12:45
3947

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün yeni güzəştlər tətbiq edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası alanlarla bağlı güzəştlərin tətbiq edilməsi təklif edilir.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza şəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.

Xatırladaq ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, CM-də bununla bağlı yalnız 57.3-cü maddə (Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər) nəzərə alınır.

Yeni layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri