25 
Sen
2017
16:38
83
31
3278
Virtual karabakh

Azərbaycanda cinayət törədən yeniyetmələr üçün yeni cəza növü müəyyənləşdirilir

25 Sen, 2017
16:38
3278

Azərbaycanda cinayət törədən yeniyetmələr üçün yeni cəza növü müəyyənləşdirilir

Azərbaycanda yetkinlik yaşına çatmayanlarla bağlı yeni, daha yüngül cəza növlərinin tətbiq edilməsi təklif olunur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə (CM) yeni 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunması təklif edilir.

Təklifə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu məcəllənin 85.1-ci maddəsində (Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə; ictimai işlər; islah işləri; müəyyən müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad olunması mümkündür.

Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri