27 
Sen
2017
12:17
20
127
3663
Virtual karabakh

Akademiyadan xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

27 Sen, 2017
12:17
3663

Akademiyadan xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlanması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, geomaqnit həyəcanlanmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq.

E. Babayev bildirib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən Yerə planetinə doğru yönəlir: “Hazırda plazma küləyinin sürəti 315 km/saniyədir, lakin 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq. Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri