Okt
2017
17:38
33
253
21188
Virtual karabakh

Nizami Gəncəvi ilə bağlı səhv düzəldildi – YENİLƏNİB

9 Okt, 2017
17:38
21188

Nizami Gəncəvi ilə bağlı səhv düzəldildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan şirkət hazırladığı dəftərin üzərində Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi məsələsinə aydınlıq gətirib.

Şirkətdən Oxu.Az-a bildirilib ki, artıq sözügedən problem aradan qaldırılıb: “Bu məsələ ilə bağlı bir neçə həftə öncə şirkət rəhbərliyinə müraciət olunub. Bəli, biz səhvimizi etiraf edirik. Artıq bununla bağlı müvafiq tədbirlər görülüb, üzərində Nizami Gəncəvi ilə bağlı qeydlər olan dəftərlər satışdan çıxarılıb”. 

***

12:06

Tarix dərsliyində Azərbaycanın “Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.

Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib

Qeyd edək ki, bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur.  Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Məlum olduğu kimi, dərs vəsaitlərinin çapı Təhsil Nazirliyinin nəzarəti ilə həyata keçirilir.

Qeyd edək ki, Nizami Gəncəvinin fars şairi, onun əsərlərinin fars ədəbiyyatının incisi kimi təqdim olunması həmişə böyük qalmaqala səbəb olub. İran dövləti birmənalı olaraq, onu fars ədəbiyyatının nümayəndəsi kimi təqdim edir. Lakin ədəbiyyatşünaslığa görə, ədəbi əsərin milli olması üçün yalnız onun dili kifayət etmir. Hər bir əsəri milliləşdirən ruh, məna və məzmundur. Vaxtilə finlərin məşhur vətənpərvər şairləri əsərlərini İsveç dilində yazıblar. İrlandiya ədəbiyyatının müəyyən hissəsi ingilis dilində yazılıb. XVIII əsrdə fransız olmayan yazıçılar əsərlərini fransız dilində yazırdılar. Çünki bu, elm və ədəbiyyat dili idi. İslam şərqində isə bu dəyəri fars dili daşıyıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri