11 
Okt
2017
12:25
3
90
4980
Virtual karabakh

DİN dünyasını dəyişən naməlum kişinin yaxınlarını axtarır – FOTO

11 Okt, 2017
12:25
4980

DİN dünyasını dəyişən naməlum kişinin yaxınlarını axtarır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin sentyabr ayının 23-də, saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısından tapılan 50-60 yaşlarındakı naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və həmin şəxs orada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir - boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə) zəng vuraraq, məlumat vermələri xahiş olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri