11 
Okt
2017
15:37
17
130
5445
Virtual karabakh

Həkimdən küçədə satılan pirojkilərlə bağlı AÇIQLAMA

11 Okt, 2017
15:37
5445

Həkimdən küçədə satılan pirojkilərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol kənarlarındakı köşklərin qarşısında insanların toplaşıb, pirojki yediyini görmək adi haldır. Toz-torpaqlı paytaxt havasında üzərində kifayət qədər yağ olduğu üçün havada uçuşan tozun asanlıqla üzərinə yapışdığı qutabları, pirojkiləri yeyənlərin yol verdiyi qeyri-gigiyenik hərəkətlər bununla bitmir. Onların hamısı dişlədikləri qutabları balaca bir qabda ortaya qoyulan eyni tamat sousuna batırırlar. Bu kimi halları xüsusilə günorta saatlarında daha çox müşahidə etmək mümkündür. Bu cür qidaları şəhərin küçələrində satanlara da rast gəlmək olur.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov Report-a bildirib ki, hazırda heç bir yoxlama aparılmadığından baş verən neqativ hallarla bağlı məlumat yoxdur: "Bununla yanaşı, pirojkilərin, qutabların eyni qabda olan sousa batırılıb-yeyilməsi gigiyenik qaydaların pozulmasıdır. Gigiyenik tələblərin pozulması insanlarda xəstəliklərin yayılmasına səbəb ola bilər. Ümumiyyətlə, pirojki və qutabların təkrar yağda qızardılması, tomat sousunun birlikdə istifadə olunması yolverilməzdir. Əgər bitki məşəli yağdan istifadə olunursa, ilk istifadədən sonra atılmalıdır. Təkrar istifadəsi yolverilməzdir".

Həkim-terapevt İbrahim Əfəndiyev isə bildirib ki, açıq havada, plastik qablarda pirojki və qutabların saxlanması, istifadə olunması yolverilməzdir. Onun sözlərinə görə, bu cür qidaların bişirilmə qaydası da sanitariya qaydalarına uyğun gəlmir: "Məhsulun xəmirinin harada və kimlər tərəfindən necə hazırlandığı bilinmir. Yağlar bir dəfə qızartmadan sonra atılmalıdır. Amma hazır pirojkilərin üzərinə yapışmış qara nöqtələr yağların təkrar-təkrar istifadəsinin göstəricisidir. Bunlar da güclü toksiki təsirə malikdir. Gələcəkdə həm beyin sisteminə, həm damarların divarlarına mənfi təsir göstərir".

Həkim bildirib ki, qutabın içinə qoyulan məhsulların da haradan gətirildiyi bilinmir: "İnsanlar ac olduqları üçün bu məhsullarla qidalanır. Nəticədə isə bütün orqanizm ziyan görür".  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri