11 
Okt
2017
18:39
228
35
4242
Virtual karabakh

Varşavada Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi – FOTO

11 Okt, 2017
18:39
4242

Varşavada Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin önündə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilən tədbir keçirilib. 

Oxu.az report-a istinadən xəbər veri ki, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Varşavanın Cənubi Praqa rayonunun meri Tomaş Kuxarski, Milli Ordunun (Armiya Krayova) Əsgərlərinin Ümumdünya Birliyini idarə heyətini üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr, diaspora nümayəndələri, habelə səfirliyin kollektivi iştirak edib. 
Mərasimdə çıxış edənlər hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış, Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər), Polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın həyat və mübarizə yolundan bəhs edərək bu iki görkəmli şəxsiyyətin Azərbaycan və Polşa xalqlarının dostluğunun əsl nümunəsi olduğunu diqqətə çatdırıblar. Onlar Azərbaycan və Polşanın müstəqilliklərinin qorunması uğrunda Matsey Sulkeviç və Vəli bəy Yadigarın rolunu xüsusi qeyd ediblər. 
Daha sonra Milli Ordunun (Armiya Krayova) Əsgərlərinin Ümumdünya Birliyinin idarə heyətinin üzvləri tərəfindən abidənin üzərinə QR Code yapışdırılıb. Qeyd edək ki, abidənin üzərindəki QR Code xüsusi oxuyucu proqram təminatı vasitəsilə oxudulduqdan sonra avtomatik olaraq Vəli bəy Yadigar haqqında məlumat ekranda göstərilir.“Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və xalq rəssamı Əli İbadullayevdir.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri