13 
Okt
2017
09:17
14
116
1541
Virtual karabakh

Ağdamda dananın vurduğu kişi xəstəxanalıq oldu

Ağdam rayonunun Dördyol qəsəbəsində bədbəxt hadisə baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Hüseynov Fazil İsa oğlu tövlədə saxladığı iribuynuzlu heyvana yem verərkən dana onu vurub.

Zərbənin gücündən müvazinətini itirən kişi yerə yıxılıb. Kişi yıxılan zaman yerdə olan dəmir parçası onun döş qəfəsinə batıb. Yaralı bir müddət huşsuz vəziyyətdə yerdə qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyəti ağırdır.

E.Ə.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri