Noy
2017
14:57
65
29
4241
Virtual karabakh

ABŞ Səfirliyi “WoWoman in Me” proqramını maliyyələşdirir - FOTO

6 Noy, 2017
14:57
4241

ABŞ Səfirliyi “WoWoman in Me” proqramını maliyyələşdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 noyabr 2017-ci il tarixində “WoWoman” Azərbaycan qadınların inkişaf platformasının ABŞ Səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me” 6 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı baş tutdu.

Oxu.Az xəbər verir ki, “WoWoman in Me” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində “WoWoman” Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrətdi və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürdü.

Platformanın təsisçisi Zara Hüseynova: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar,  tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu, bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır”.

Tədbirin xüsusi qonağı “Google” şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışdı. Avropa İttifaqının ölkəmizdəki Birinci Müşaviri Denis Daniilidis isə stereotiplərdən azad olaraq, gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğuladı. ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə söbə müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusi ilə çevrənin formalaşmasından danışdı. Panel müzakirələri “Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və “Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularının əhatə etdi.

Tədbirdə daha sonra “WoWoman” qadınların inkişaf platformasının 2018-ci il üçün planları açıqlandı, məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda keçirmək istədikləri təlimlər haqqında məlumat verildi.

Qeyd edək ki, Gəncə şəhərində də bir neçə proqram həyata keçirən platforma, regionlarla bağlı fəaliyyətini artırmaq və daha geniş qadın kütləsinə dəstək olmaq üçün çalışır. Bunun üçün Bakıda offlayn keçirilən tədbirlərdən əlavə, “WoWoman Azerbaijan” “Facebook” qrupu üzərindən çoxistiqamətli fəaliyyət davam etdirilir.

“WoWoman” platforması Azərbaycanda 2.5 il öncə yarandı və genişlənərək 50-dən artıq qadını birləşdirən komandaya çevrildi. Bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla, 25 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. WoWoman hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla, bir neçə xarici ölkədə fəaliyyət göstərir. Platformanın fəaliyyəti haqqında daha ətraflı məlumatı http://wowoman.org/ linkindən və ya aktiv "Facebook" qrupundan əldə edə bilərsiniz: https://www.facebook.com/wowoman.org/

“WoWoman” Azərbaycan platformasını dəstəkləmək üçün, bu linkdən “WoWoman” gündəliyini əldə edib, qadınların təhsil almağına və karyera qurmağına kömək edə bilərsiniz: http://wowoman.org/wowomanplanner

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri