14 
Noy
2017
17:50
11
244
5683
Virtual karabakh

Bakıda avtomobil piyadanı vurub qaçdı - TƏFƏRRÜAT + FOTO

14 Noy, 2017
17:50
5683

Bakıda avtomobil piyadanı vurub qaçdı - TƏFƏRRÜAT + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 9-u, axşam saat 20:00-21:00 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində avtomobillərin hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlu hələ də şəxsiyyəti müəyyən edilməyən sürücünün idarə etdiyi avtomobillə vurulub. Sürücü ağır vəziyyətdə olan yaralını qan içində yerdə qoyaraq avtomobili ilə hadisə yerindən qaçıb.

Həyat yoldaşının zənginə tibb bacısı cavab verdi

Rəşadın yaxınlarının bildirdiyinə görə, evə gələndə, saat 20:00-20:30 radələrində çörək almaq üçün ona zəng ediblər. Zənglərə cavab verməyən Rəşada ailə üzvləri bir qədər sonra yenidən zəng etməli olublar. Rəşadın telefonuna bir qadın cavab verərək tibb bacısı olduğunu, Rəşadın vəziyyətinin ağır olduğunu bildirib.

Ətrafdakı vətəndaşlar təcili tibbi yardıma olayla bağlı xəbər veriblər. Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırıblar. Xəstəxananın travmatoloq-ortoped cərrahı Abuzərov Ramilin verdiyi məlumata görə, travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın yaşamağı sual altında olub. Onun həyatda qalıb-qalmayacağı 3 saat ərzində məlum olacaqdı. Hal-hazırda sözügedən xəstəxanada palataya yerləşdirilən Rəşadın vəziyyəti kafi olaraq qiymətləndirilir.

Cinayətkar "qeybə çəkildi"

Rəşad Şükürovun vurulduğu istiqamətdə təhlükəsizlik kameraları olmasına rəğmən, hadisədən artıq 5 gün keçsə də, şübhəli tapılmayıb. Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyevlə əlaqə saxlayan Milli.Az əməkdaşı cinayət törədən avtomobil sahibi ilə bağlı hər hansı məlumat almaqda çətinlik çəkib. Müstəntiq olayın bağlı cinayət olduğunu vurğulayıb. Burada bir məqam diqqətdən qaçmayıb. Belə ki, Rəşad Şükürov hadisədən 5 gün keçməsinə baxmayaraq hələ də Məhkəmə Tibbi Ekspertizadan keçirilməyib. Məsələ ilə bağlı Ramil Mehdiyevə sual ünvanlansa da, müstəntiq bunun səbəbini xəsarət alan şəxsin vəziyyətinin ağır olduğunu, onu Məhkəmə Tibbi Ekspertizaya aparmağın mümkünsüz olduğu ilə əlaqələndirib. Müxbirin "Məhkəmə Tibbi Ekspertizanın əməkdaşlarını xəstəxanaya ezam etmək olmazdı?", - sualına Ramil Mehdiyev "Mən qanunvericiliklə iş görürəm", - deyərək telefonu söndürüb.

Qeyd edək ki, ailə vəziyyəti ağır olan Şükürov Rəşadın sabah səhər saatlarında əməliyyat olunacağı gözlənilir.

Şükürov Ramillə bağlı təyin edilən diaqnoz:

- Qapalı kəllə-beyin tavması

- Baş-beyin silkələnməsi

- Sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı

- Sağ saidin hər iki sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı

- L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı

- Sol sirkə kasasının sınığı

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri