15 
Noy
2017
10:59
42
174
3466
Virtual karabakh

Arağı içdi, şüşəsi ilə özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Ağayev Sabir Ağaqulu oğlu şüşə ilə boğazını kəsərək intihar edib.

Bildirilir ki, Sabir Ağayev uzun müddət bronxial-asma xəstəliyindən əziyyət çəkib. 3 uşaq atası olan Sabir bu səbəbdən əmək qabiliyyətini də itiribmiş. Dünən gecə saatlarında otağında spirtli içki qəbul edən 53 yaşlı kişi daha sonra həmin içkinin şüşəsini sındıraraq boğazına soxub. O, çoxlu qan itirmə səbəbindən hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvləri evdə olsa da, onlar bu barədə S.Ağayevin ölümündən sonra  xəbər tutublar.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri